top of page

ƏTRAFLI ULTRASƏS MÜAYİNƏSİ (18-23. HƏFTƏ)  

Ətraflı ultrasəs müayinəsi  və ya 2-ci səviyyə ultrasəs müayinəsi  də istifadə edilməkdədir. Rəngli ultrasonoqrafiya və rəngli doppler ətraflı ultrasonoqrafiya ilə eyni məna daşımır. Rəngli doppler qan axını sürətinin ölçüldüyü bir ultrasəs müayinə üsuludur və ətraflı araşdırmanın bir hissəsini təşkil edir. Xalq arasında rəngli ultrasəs, üç ölçülü (3D) və ya dörd ölçülü (4D) görünüş ilə eyni mənalı olaraq istifadə edilməkdədir. Bu üsul müəyyən anormaliyaların diaqnozuna köməkçi ola bilmək ilə yanaşı, əsasən körpənin üz görünüşlərinin ailəyə göstərilməsi və bunun təmin etdiyi xoş duyğular üçündür.

8-23-cü Həftələr arasında edilməsi üçün əsas səbəblər aşağıdakılardır:

  • Anatomik strukturları qiymətləndirmək üçün körpənin ölçüsünün kifayət qədər olması

  • Körpənin ətrafındakı su miqdarının bol olması

  • Mənfi diaqnozlardan sonra vəziyyəti idarə etmək üçün kifayət qədər vaxt

Aşağıdakılar yoxlanılır:

            - Körpənin mövqeyi
            - Uşaqlıq boynunun qiymətləndirilməsi
            - Plasentanın yerləşməsi və göbək ciyəsindəki damarlar
            - Körpənin içində olduğu su miqdarı
            - Böyümə təqibi. Bu məqsədlə bir çox biometrik ölçmələr aparılır. Ən çox istifadə edilən: Baş diametri, baş                dairəsi, qarın ətrafı və budun sümük uzunluğu.
            - Dölün beyindaxili quruluşu
            - Üz profili, burun sümüyü
            - Üst dodaq bütövlüyü
            - Ənsə qalınlığı
            - Ağciyərlər
            - Diafram pərdəsi
            - Ürəyin ölçüsü, istiqamət və kameralar
            - Ürəyə girən, çıxan böyük damarlar
            - Mədə
            - Bağırsaq sıxlığı

            - Böyrəklər və sidik torbası

            - Onurğa

            - Əllər, ayaqlar

            - Uzun sümüklərin ölçülməsi

            - Uşaqlıq boynunan gedən damarlardakı qan axınının rəngli Doppler müayinəsi

bottom of page