top of page

POLİKİSTİK OVER SİNDROMU

Uşaq doğuş dövründə qadınların təxminən 15 % də rast gəlinir. Aşağıdakı üç əlamətdən ikisinin baş verməsilə bilinir.

  • Heç aybaşı görməmək və ya aybaşı nizamsızlığı.

  • Klinik ( tüklənmə, akne, kişi tipli saç tökülməsi) və ya laboratoriya analizlərində kişi hormon səviyyəsinin yüksəlməsi.

  • Bir yumurtalıq içində 2-9 mm diametrli 12 və ya daha çox antral folekulların olması. 

Əsas məsələ kisi hormon səviyyəsinin yüksəlməsi və maddələr mübadiləsi pozuntusudur. Ən çox görüldüyü yer yumurtalıq toxumasıdır.İnsulin hormonunda nizamsızlıq və yağ metobolizmasında davam edən dəyişikliklər xəstənin uzunmüddətli urək damar xəstəlikləri riskini artırır. Bu metobolik sindrom adlanır. Bu baxımdan, PKOS uzunmüddətli nəticələr baxımından əhəmiyyətli ictimai səhiyyə problemidir.

Xəstənin şikayət və klinik nəticələrə uyğun olaraq müalicə qərarı edilməlidir. Tipik PKOS olan qadınların əhəmiyyətli bir hissəsində artıq çəki var. Həyat tərzi olaraq kilo vermək, düzgün qidalanma proqramı və həyata keçirilməsi xəstəliyin idarə edilməsinin əsasını təşkil edir. 

Bundan əlavə, əsas müalicə prinsipləri aşağıdakılardır: 

Aybaşı nizamsızlığı və və ya tüklənmə. Kilo vermə ilə bir hissəsi azalar.Nizamsız aybaşı görən qadınların bədən çəkisinin 15 % atması nəticə verir. Xəstəlik bu şəkildə geriləməzsə, doğuma nəzarət dərmanları müalicə məqsədilə seçilir. İnsulin müqavimətinə yol verilən hallarda,  tip 2 diabet müalicəsində istifadə edilən Metformin kimi dərmanlardan istifadə edə bilərlik.

Tüklənmənin ön planda olduğu hallarda bu tüklərin müalicəsi düşünülməlidir ( lazer təmizləmə). Tüklənmə müalicəsində doğuma nəzarət dərmanları da təsir edir, lakin bu təsir istifadə edilən müddətdə müşahidə olunur. Dərman dayandırıldığı zaman, adətən, əvvəlki vəziyyətinə qayıdır.
 

Sonsuzluq: Qadınlarda görülən yumurtlama problemlərinin vacib hissəsi PCOS dur. Yuxarıda göstərilən həyat tərzi ilə problemin aradan qaldırılması mümkün olmazsa və tək səbəb yumurtlama problemidirsə, o zaman ovulyasiya indüksiyonu müalicəsi tez nəticə verir. Klomifen və ya Letrazole kimi  tablekta təyini 80 % ovulyasiyanı təmin edir. Yüksək insulin müqaviməti olan xəstələrdə Metformin əlavə müalicəyə müsbət cavab verir. Ovulyasiya və hamiləliyin bu müalicələrlə təmin olunmaması halında Gonadotropin müalicəsi sınaqdan keçirilir.

Heç bir nəticə əldə edilmədikdə süni mayalanma müalicəsi olunmalıdır.
 

Ovarian Drilling ( Yumurtalıq Diyatermisi) birinci dərəcə müalicəyə cavab verməyən xəstələrdə laparoskopik yolla yumurtalıqlarda kiçik dəliklərin açılmasıdır. Yumurtalıqlarda meydana gələn hormonal dəyişikliklərlə, həm yumurtlama, həm də müalicəyə cavab reaksiyasının artmasını gözləyirik.  Bu təsir uzun illər davam edə bilər. Bir cərrahiyyə proseduru olmasa, uzun müddətdə yumurtalıq funksiyasının azalması ehtimalı və yumurtalıq ətrafında yapışma potensialı bu müalicənin ilk növbədə təqdim edilməsini çətinləşdirir. 

Mənim şəxsi təcrübəm budur ki, Drilling üsulu PKOS hallarında daha effektlidir və daha tez tez tətbiq olunmalıdır. Prosedur çox qısa müddətdə həyata keçirilir.  Xəstə  həmin gün evə buraxılır. Təcrübəli əllərdə qısa və uzun müddətli risklər çox aşağıdır.  Müvafiq avadanlıq və enerji metodlarından istifadə etmək vacibdir.

Polikistik Over Sendromu: Service
bottom of page