top of page

MİOMA

  • Xoşxassəli uşaqlıq boynu kütləsidir. Uşaqlığın düz əzələ təbəqəsində (myometrium) inkişaf edir.

  • Xərçəngə çevrilmə ehtimalı mində birdir. (1/1000)

  • Ağ irqdə 70 %, qara irqdə 80 % nisbətində görülür. Xəstələrin təxminən 25 % -də kliniki əlamətləri olur.

  • Eyni şəxsdə müxtəlif ölçülərdə birdən çox ola bilər. Bəzən bütün qarını dolduracaq bir kütlə böyüklüyünə qədər çata bilər.

    Subseroz mioma: Bu, uşaqlığın xarici təbəqəsindən qarın boşluğuna qədər böyüyən növüdür. Əksər hallarda yalnız kütləvi təsiri və ətraf orqanlara təzyiq ilə özünü göstərir. Subseroz mioma

    Submukoza: Uşaqlığın içində aybaşı görülən və hamiləliyin inkişaf etdiyi qata (endometrium) təzyiq edən və uşaqlığın içinə doğru böyüyən tipə deyilir. Aybaşı qanaxmasının artması və ya ara qanaxma şəklində qanaxma nizamsızlığı ən çox  rast əlamətlərdir. Mioma əməliyyatının ən əsas səbəbidir. Əməliyyatın növü miomanın ölçüsünə və yerinə görə dəyişməklə bu tip problemlərin böyük bir hissəsini histeroskopiya ilə müalicə etmək mümkündür (LINK-Histeroskopiya). Beləliklə xəstə bu əməliyyatla ciddi bir sağlamlıq problemindən qurtula bilər.

    İntramural miomalar: Uşaqlıq divarı içində formalaşır. Yuxarıdakı iki mioma tipinin əlamətlərini verə bilər.

    Əsas əməliyyat səbəbləri bunlardır:

  • Alt abdominal müayinədə uşaqlığın ələ kütlə gələcək qədər böyüməsi (Normal halda uşaqlıq və yumurtalıqlar abdominal müayinə il ilə hiss edilmir)

  • Tibbi nüalicəyə cavab verməyən və anemiyaya səbəb olan qanazlığı (Qadınlarda anemiyanın araşdırılmasında mütləq aybaşı nizamı və sıxlığı araşdırılmalı və ginekoloji müayinə edilməlidir)

  • Təkrarlanan düşüklər üçün başqa bir səbəb olmazsa

  • Tekrarlanan uğursuz süni mayalandırma müalicələrində

  • Ətraf orqanlara, xüsusilə sidik torbası (məsanə) və sidik yollarına (ureter) şiddətli təzyiq simptomları

  • Açıqlana bilməyən, təkrarlanan qarnın aşağı hissəsində və şiddətli aybaşı ağrılarında 

    Müalicə: Müxtəlif hormonal dərmanlarla müalicələrin aparılmasına baxmayaraq, miomaların uzun müddətli və müvəffəqiyyətli bir medikal müalicəsi yoxdur. Ən təsirli müalicə üsulu, miomanın (miomektomiya) və ya uşaqlığın (histerektomiya) cərrahi yolla xaric edilməsidir. Miomanın və ya uşaqlığın alınması qərarında ən əhəmiyyətli faktorlar: xəstənin yaşı, ana olmaq arzusu və miomaların yerləşməsi. Əksər əməliyyatlarda texniki olaraq yalnız miomanı çıxarıb uşaqlığı qorumaq mümkündür. Əməliyyatın əsas məqsədi: minimal kəsiklə, minimal qan itkisi ilə, ətrafa minimal zərər ilə, xüsusilə ana olmaq arzusu olan xəstələrdə uşaqlığın divarlarının sağlam şəkildə təmir edilməlidir. Cərrahın təcrübəsi və texniki imkanlar yuxarıdakı şərtləri təmin etməyə imkan verirsə laparoskopik (LİNK- laparoskopi) əməliyyat seçilməlidir. Yuxarıda qeyd etdiyim kimi, submukoz miomaların histeroskopik müalicəsi qısa müddətdə uğurla yerinə yetirilir. Son illərdə uşaqlığa gedən arteriyaların içinə girilərək (Anjio) xüsusi maddələrlə tıxanması (embolizasiya) istifadə edilməyə başlanmışdır. Bu müalicədən sonra davam edən hamiləliklərə baxmayaraq, hamiləlik planlaşdıranlar üçün etibarlı bir üsul deyildir.

  • Miomektomiya əməliyyatından sonrakı hamiləliklərdə doğum şəkli qeysəriyyə olmalıdır!

Miyom: Service
bottom of page