top of page

HİSTEROSKOPİYA

Uşaqlıq içinin endoskopik olaraq izlənilməsi və lazımi əməliyyatın edilməsidir. Prosedura vaginal şəkildə həyata keçirilir. Uşaqlıq ağzı içindən teleskop və əməliyyat alətlərinin keçə bilməsi üçün müəyyən bir ölçüyə qədər genişləndirilir. Sistem uşaqlıq içinə irəlilədilir. Əməliyyat növünə uyğun maye ilə uşaqlıq içi doldurulularaq dəqiq görüntü alınır. Endometrium və boru girişləri sistematik şəkildə patoloji təsbitlər müayinə edilir. Histeroskopiya ilə müalicə edilə bilən hallar:

  • Diaqnostik Histeroskopiya: Daha incə bir histeroskop istifadə edilə bilər. Daha çox səbəbi açıqlanmayan nizamsız qanaxmalar və təkrarlanan süni mayalandırma uğursuzluqlarında tətbiq olunur.

  • Endometrial Polip

  • Submukoz mioma (uşaqlığın daxili təbəqəsinə doğru böyüyən)

  • Uşaqlığın içindəki yapışıqlıqların diaqnozu və müalicəsi

  • Anadangəlmə uşaqlıq anomaliyalarının diaqnozu və müalicəsi

       - Septum

       - Arkuat 

Xəstə həmin gün xəstəxanadan çıxır. Ağrı kəsici almağı tələb edəcək səviyyədə ağrı olmur. 1-2 gün sonra gündəlik həyata qayıdılır. Qanaxmaya diqqət yetirilməlidir. Ani başlayan və ya aybaşı miqdarından çox olan qanaxmalarda həkimə zəng edilməlidir.

Histeroskopi: Service
bottom of page