top of page

SONSUZLUQ NEDİR?

  • Cütlüklərdə aylıq hamilə qalma nisbəti 18-20 %-dir və 85-90 %-i bir illik nizamlı cinsi əlaqə ilə hamilə qalır. Qalan 10-15 % sonsuz olaraq təsvir edilir.

  • Sonsuz cütlüklərin  35 %-də problem qadında, 35 %-də kişidə və 20 %-də hər ikisindədir. Cütlüklərin 10% -i mövcud diaqnostika üsulları ilə problemləri aşkar edə bilmir. Bu vəziyyət səbəbi bilinməyən sonsuzluq adlanır.       
          - Normal qadın və kişi anatomiyası (vagina, uşaqlıq boynu, borular və endometrium)  
          - Müntəzəm vaginal cinsi əlaqa
     
         - Normal funksiyalı kişi və qadın yumurta hüceyrələri (Gamet)

  • Sistem belə işləyir: Yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik deyil. Ovulyasiyadan sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir. Cinsi hüceyrələrin birləşməsi (mayalanma) uşaqlıq borularının yalnız müəyyən olunmuş ampula hissəsində baş verir. Çoxlu sayda olan spermatozoidlər yumurta hüceyrəsinin qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə onu fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Spermatozoid və yumurta hüceyrəsinin nüvələri birləşdikdən sonra ata və ana xromosomları vahid bir xromosom dəsti yaradırlar. Mayalanmış yumurta hüceyrəsi uşaqlıq borusu ilə hərəkət edərək usaqlıq boşluğuna çatdıqdan sonra burada daha 3 gün ərzində sərbəst qalır. Mayalanmadan 5-7 gün sonra onun endometriuma daxil olması (impantasiya) baş verir.

    Qadına aid səbəblər

  • Yumurtalıqla bağlı problemlər
       - Mayalanmanın olmaması və ya qeyri-müntəzəm menstruasiya ilə mayalanma pozğunluqluqları ən sıx qarşılaşılan problemdir.

  • Uşaqlıq boynu və boru ilə bağlı anadangəlmə anomaliyalar
        - Uşaqlıq boynunun deformasiyası (T şəkli)
        - Uşaqlıq boynu içində bölünmə olması (septum)
        - İki buynuzlu uşaqlıq boynu (Bikornus)
        - Cüt uşaqlıq boynu (Didelfis)
        - Anadangəlmə olaraq boru olmaması və s.
     

  • Sonradan Yaranan / İnkişaf edən anomaliyalar
        - İnfeksiya və ya cərrahi müdaxilə sonrası balon içində tıxanma, daralma və ya maye toplanması
       - Qarın pərdəsində reaksiyalar sonrası boru şəklində və fəaliyyətində pozulma (infeksiya, endometrioz və  cərrahiyyə sonrası yapışıqlıqlar)
       - Uşaqlıq boynunda yağışıqlıq (daha çox uşaqlıq boynuna müdaxilə - abort, histeroskopiya və infeksiya)
       - Uşaqlıq boynu içərisində yer tutan kütlə (Mioma, polip)
       - Uşaqlıq boynu əməliyyatı və ya müdaxilələr nəticəsində yaranan stenoz

    Kişiyə aid səbəblər 

  • Hormonal problemlər: Spermanın meydana gəlməsini stimullaşdırmaq üçün Mərkəzi Sinir Sistemindən ifraz olunan hormonlarla əlaqədar problemlər

  • Testisdə sperma əmələ gəlməsinə aid problemlər

  • Testisten sperma hüceyrələrinin transferini təmin edən kanallarda tıxanıqlıq və ya inkişaf pozğunluğunun olması

    Hər iki cinsə təsir edə bilən faktorlar:

  • Ətraf mühit və işlə bağlı amillər

  • Xroniki alkoqolizm

  • Siqaret, nəşə və dərmanların zəhərli təsirləri

  • Həddindən artıq məşq

  • Həddindən artıq kilo alınmasına və ya itkisinə səbəb olan düzgün olmayan qidalanma tərzi

  • İrəli yaş

İnfertilite nedir?: Service
bottom of page