top of page

Müayinə və müalicədə nələr inkişaf etdi və dəyişdi?

  • Laboratoriya texniki şərtləri, embrionların icərisindəki qorunduğu mayelər (medyum) yüksək səviyyədə inkişaf etmişdir.

  • Dondurma və araşdırma texnikaları inkişaf etmişdir. Dondurulmuş embrion köçürülməsində müvəffəqiyyət faizi, yeni embrion köçürülməsi  ilə müqayisə edilə bilən səviyyələrə gəlmişdir. Bəzi klinikalar da dondurulmuş embrion köçürməyə başlamişdırlar.

  • Çoxdöllü hamiləliyin erkən doğum və ona bağlı olan nevroloji problemli usaq riskini artırdığını bilirik. Təbii hamiləlikdə əkiz hamiləlik faizi 1/90 ( doxsanda bir), süni mayalanma müalicəsində isə bu 20-30 % arasındadır. Bunun əsas səbəbi birdən çox embrion köçürülməsidir. Uzun illər ərzində coxdöllü hamiləlik nəticəsində analar və balalarda yaranan fəsadları nəzərə alaraq, köçurüləcək embrionların sayı azaldılmışdır. Ölkəmizdə qanunlara görə, 37 yaşınadək ilk iki cəhddə bir embrion, 37 yaşından yuxarı və ya üçüncü cəhddə iki embrion köçürülə bilər. Bu məhdudiyyətlər nəticə vermiş və çoxdöllü hamiləliyin faizi azalmışdır.

  • Antoqonist dərmanların istifadəsi və dondurulmuş embrion transferindəki müvəffəqiyyətli nəticələr, xüsusilə Polikistoz Over Sindromu olan xəstələrdə müalicə yanaşmasını dəyişdirdi. Bu xəstələrin stimullaşdırma prosesində nəzarətdən kənar həddindən artıq stimulyasiyası (hiperstimulyasiya)  olduqda, müalicə ya dayandırılır,ya da dərman qəbuluna ara verilərək yumurtalıq artımının qarşısı alınır.

  • Bu hamiləliyin nəticəsində mənfi təsir göstərmişdir. Bənzər bir vəziyyətdə daha rahat müalicənin davamlılığı üçün üç faydalı proqram var:
          - Qısa Antoqonist Protokolu
          - hCQ dən daha çox GnRH-Aqonist ilə ovulyasiya 
          - Bütün embrionların dondurulması

  • Genetik Diaqnostikanın və Tətbiqlərin İnkişafı PGS; PGD

  • Süni mayalanma müalicəsində əldə edilən yumurta və embrionlarda olan xromosom pozğunluğu nisbəti normadan çox yüksəkdir və yaşla əlaqədar daha da artır. Bu uzun zamandan bəri bilinən həqiqətdir. Bu yumurtaların və embrionların inkişafı daha sağlam olanlara nisbətən zəif olur və mikroskop altında görüntüləri daha da fərqlidir. Lakin normal inkişafı olan və normal morfologiyası olan embrionlarda da xromosom pozğunluğu ola bilər. Genetik tədqiqatlar embrion inkişafının müəyyən dövrlərində alınan və müayinə edilən hüceyrələrdə həyata keçirilə bilər. 

  • PGD (Preimplantasiya Genetik Diaqnoz) əvvəllər tanınmış, diaqnoz edilmiş xromosomal xəstəlik və ya genetik xəstəliyin diaqnozu üçün həyata keçirilir və tarama məqsədləri üçün eyni tətbiqə PGS (Prenatal Genetik Tətbiq)  adlanır.

  • Bu tətbiq üçün embriondan hüceyrələrin alınması prosesi də Embryo Biopsy adlanır. Əvvəllər bu proses əsasən üçüncü günün embrionlarından keçirilirdi, lakin bu gün əsasən Blastocyst adlı 5-ci günün embrionundan hazırlanır. Araşdırılacaq xromosomların sayı ən çox beş (13, 18, 21, X, Y) olmasına baxmayaraq, indi bütün 46 xromosomlara baxıla bilər. Bütün bu araşdırmalar nəticəsində, sağlam embrionların köçürülməsi ilə müvəffəqiyyət nisbəti daha da artmışdır.

  • Yumurtanın sayı və keyfiyyəti yaşla əlaqədar azalır. Keyfiyyətin azaldılması daha az məhsuldarlıq, daha az saxlama və daha az davam edən hamiləlik dərəcələri ilə özünü göstərir.  Son illərdə bir çox hormonal və qeyri hormonal müalicə sınaqdan keçirilməsinə baxmayaraq , aşağı yumurtalıq ehtiyatı olan xəstələrdə müalicə üsulu yoxdur. 

  • Bu məqsədlə kök hüceyrə üsulunun sınaqdan keçirildiyi müxtəlif empirik tədqiqatlar ümid verərək praktiki tətbiq etmək mümkün olmayıb. 

  • Məlum həqiqətdir ki, hər sınaqla əldə edilə bilən normal morfologiyaya malik olan embrionların sayı daha yüksəkdirsə, hamiləlik nisbəti daha çox olur. Bu ehtimal PGS skan edilmiş və sağlam embrionlar tərəfindən daha da artır. Vaxt gecikdirmədən edilən birdən artıq stimullarla embrion əldə edilir, bu embrionlara 5 gün PGS edilərək dondurulur. Sağlam olanlar bir araya toplanır və növbəti aylarda köçürülür. Bu üsul Embrio Pooling adlanır. 

    İkiqat stimullaşdırılma: süni mayalandırma tətbiqləri normal aylıq dövrün fiziologiyasına əsaslanır. Aybaşı dövründən sonra yumurta inkişaf edir, və ovulyasiyadan təxminən 14 gün sonra hamiləlik əldə edilir. Müalicənin məqsədi bu müddətdə istifadə edilən dərmanlarla nəzarət altında olan çox sayda yumurta inkişaf etdirməkdir. Yumurta toplama əməliyyatından sonra embrionlar donduracaq olsa belə, həmin ay əlavə bir stimulyasiya edilmir, dərmanlar dayandırılır. Xərçəng diaqnozu qoyulan, lakin uşaq sahibi olmaq istəyən xəstələrdə, kimyaterapiya və ya radioterapiya alacaq xəstələrdə, yumurtalığa toksik təsiri ola biləcək bu müalicələrdən əvvəl vaxt itirmədən yumurtalıqları stimulyasiya edərək yumurta əldə etmə istiqamətində tətbiqlər başlanılır. Bu stimulyasiyalarda sağlam yumurta və embrionlar əldə edilir. Bu təcrübələr göstərir ki, ovulyasiyadan sonra yumurtalıqda dərhal folekul inkişafı ola bilər. 

    Endometrial qalınlıq: Normal və ya dondurulmuş embrionun köçürülməsindən əvvəl, uşaqlığın daxili membranı (endometrium) normal struktur və qalınlıqda olmalıdır. Kütlə və yapışıqlıq varsa əvvəlcədən aradan qaldırılmalıdır. Bəzi qadınlarda endometrial qalınlıq struktur və ya əvvəlki əməliyyatlara görə istənilən səviyyəyə çata bilmir. Endometrial qalınlığın az olması ilə də hamiləliklərin olmasına baxmayaraq 7-8 mm və daha çox qalınlığı olan endometruma edilən transferlərdə hamiləlik nisbəti daha yüksəkdir. Hamiləlik dövründə endometriumun qalınlığı əhəmiyyətli bir rol oynayır. 7-8 mm və daha çox qalınığı olan endometruma edilən transferlərdə hamiləlik nisbəti daha yüksəkdir. İncə endometriumun müalicəsində yüksək doz hormon terapiyası da daxil olmaqla dəqiq bir üsul yoxdur. 

Tedavi ve Uygulamada Neler Gelişti?: Inner_about
bottom of page