HAMİLELİK TƏQİBİ
-
Hamiləlik şübhəsi və aybaşı gecikməsi olduğunda, əvvəlcə apteklərdə satılan, sidikdə hamiləlik testi edilməlidir. Şübhəli hallarda qanda hamiləlik testi də edilə bilər.
-
Qanama, ciddi ağrı və huşunu itirmə kimi hallar olmadıqca, həkim müayinəsinə ən tez aybaşı gecikməsindən 10-14 gün sonra gedilməlidir.
-
Təkrarlanan hamiləlik təqibi və tədqiqləri, körpənin ürək döyüntüləri görüldükdən sonra başlanmalıdır.
-
Mümkünsə, təcrübəli bir dietoloqdan hamiləlikdə qidalanma haqqında məlumat alınmalıdır.
-
Hamiləlik zamanı edilməsi gərəkən sidik və qan testləri haqqında ortaq bir yanaşma yoxdur. Mən, əlavə bir xəstəlik tarixçəsi və müayinə nəticəsi yoxdursa, bu testləri məsləhət görürəm.
- Qanın ümumi analizi
- Ferritin
- Hepatit B,Hepatit C, HİV
- Toksoplazma İgG və İgM
- Rubella İgG və İgM
- CMV (sitomeqalovirus ) İgG və İgM
- Sidiyin ümumi analizi
- Sidik kanalından alınan yaxma
- TSH
- Vitamin D
- Qan şəkəri
-
Önəmli həftələr və tədqiqlər
- 11-14-cü həftə müayinəsi
- 18-23-cü həftədə detallı ultrasəs müayinəsi
- 24-28-ci həftələr arasında hamiləlik şəkəri testi
- Ultrasəs müayinəsi ilə aylıq böyümə təqibi
- 35-37-ci həftələr arasında normal doğum baxımından sümük quruluşunu dəyərləndirmək üçün vaginal müayinə və B qrupu streptokokk üçün flora yaxması