top of page

Süni mayalanma tətbiqi (IVF, ICSI)

  • Əsas prinsip: yumurtalıqların stimulyasiyası, follekullar müəyyən bir ölçüyə gəldikdən sonra ovulyasiya üçün inyeksiya, 35-36 saat sonra yumurtanın toplanması, yumurta hüceyrələrinin sperma hüceyrələri ilə döllənməsi, embrionların təqibi və şərtlərə uyğun olaraq, embrionun ikinci, üçüncü və ya beşinci günlərdə transfer edilməsi.

  • Müxtəlif müalicə protokolları olsa da, ən çox istifadə edilən Qısa Protokoldur. Aybaşının ilk iki günündə vaginal ultrasonoqrafiya ilə həyata keçirilir. 10 mm-dən böyük yumurtalıq kisti varsa, müalicənin təxirə salınır ya da kist boşaldılaraq müalicəyə başlanılır. Xəstənin yaşına, yumurta ehtiyatına və əvvəlki stimullaşdırılma (əgər varsa) nəticələrinə görə qonadotropin dozası müəyyən edilir. İlk dəyərləndirmə 4-5 gündən sonra aparılır. Endometriumun qalınlığı ölçülür. Ultrasonoqrafiyada folekulun inkişafı qiymətləndirilir. Lazım olduqda qanda Estradiol səviyyəsinə baxaraq dərmanın dozası müəyyən edilir. folekullar böyüməyə davam edərkən erkən ovulyasiyanın qarşısını almaq üçün müalicəyə Antaqonist inyeksiyası əlavə edilir. USM nəzarəti ilə aparıcı 2-3 folekul 18-20 mm diametrinə çatdıqda ovulyasiya üçün hCG inyeksiyası tətbiq olunur. 35-36 saat sonra yumurtalar ümumi anesteziya ilə toplanır. Bu sırada xəstənin həyat yoldaşından sperma nümunəsi alınır. Yetişmiş yumurtalar eyni gün mikroinyeksiya üsulu ilə döllənir və inkişafı təqib edilir. Embrionların sayı və keyfiyyətinə görə, iki, üç və ya beşinci gündə transfer edilir. Əgər kifayət qədər sayda və keyfiyyətdə embrion varsa, beşinci gündə transfer edilməsinə üstünlük verilir. Transferdən sonra dondurula biləcək embrionlar varsa, embrionlar cütlüklərin razılığı ilə dondurulur.

  • Transfer sonrasında mütləq Progesteron dəstəyi verilməlidir. Bu dəstək fetal ürək döyüntüləri görülənə və ya  hamiləliyin 8-ci həftəsinə qədər davam edilir.

  • Transferdən sonra 11-12-ci gündə qanda hamiləlik testi aparılır. Testin nəticəsi müsbət olarsa bir həftədən sonra USM edilir.

Tüp Bebek Uygulaması: Inner_about
bottom of page