top of page

Doğuma Nəzarət Dərmanları

1960 cı- illərin ortalarından bəri dünyada geniş yayılmışdır. 

Estrogen və progesteron hormonlarını təmin edir. 

Son zamanlar baş vermiş iki böyük hadisə  bu tip dərmanlarla bağlı ağırlaşmaları və əks təsirləri əhəmiyyətli dərəcədə azaltmışdır.

  • Estrogen miqdarının azaldılması

  • Yeni nəsil proqesteronun tapılması

Dərmanların əksəriyyəti 21 gün aktiv maddə və 7 gün plasebo daxildir. Bir məhsul 24+4 şəklindədir.

Dərman aybaşının ilk günü başlanır və 28 günlük qutu bitdikdən sonra yeni qutuya kecilir. Adətən, dərman qəbulundan 21 gün sonra 3-4 gün qanama olur.

Müntəzəm istifadə edildikdə, qorunma 99% dir. Unudulmuş dərman istənməyən hamiləlik riskini artırır.

Bir həb qəbul etməyi unutsanız xatırladığınız anda qəbul etməli və ertəsi gün normal dozada davam etməlisiniz. Növbəti axsam xatırlanarsa, 2 həb içmək lazımdır. İki və daha artıq həb unudularsa, növbəti qutuya qədər əlavə qorunma vasitəsi istifadə olunmalı və qutu bitənə qədər davam etdirilməlidir.


Kontraseptivlərin başqa üstünlükləri 

  • Menstruasiyanın normal görülməsi 

  • Az ağrılı və ya ağrısız menstruasiya 

  • Qanaxmanın miqdarının azalması ilə anemiya riskini azaltmaq 

  • Həftə sonları və bayram proqramı üçün menstrul dövrü manipulyasiya etmək

  • Yumurtalıq kistləri, selikli döş xəstəlikləri və uşaqlıq yumurtalıqların iltihabı,uşaqlıqdan kənar hamiləlik ehtimalının azaldılması.

  • Tüklənmənin azalması

  • Uzun müddət uşaqlıq və yumurtalıq xərçəngi riskini azaldır. 

Əks  göstəriciləri: hər şeydən əvvəl bildirmək lazımdır ki, doğuma nəzarət dərmanları cinsi yolla keçən xəstəliklərdən qorumur.

Bundan əlavə hər gün istifadə ən böyük mənfi cəhətlərdən biridir. Yeni inkişaf etmiş dərmanlar və azaldılmış dozalar sayəsində azalsa da bəzi əks təsirləri görmək mümkündür. Ən çox rast gəlinənlər bunlardir;

  • Ürəkbulanma 

  • Baş ağrısı

  • Döş əzələlərində həssaslıq 

  • Aybaşı olmamaq

  • Yungul cəki artımı
     

   Kimlər istifadə etməməlidir: 

  • Arterial və və ya venoz tromboemboli

  • Aktiv qaraciyər xəstəliyi

  • Estoregenlə əlaqəli döş və genital bölgə xərçəngi

  • Damar narahatçılığı olan diabet xəstələri

  • 35 yaşdan yuxarı siqaret çəkənlər

  • Hamilələr

  • Əmizdirmə

  • Səbəbi bilinməyən aybaşı  pozğunluqları 

  • Miqren

  • Nəzarətdə olmayan yuksək təzyiq
     

Xərçənglə əlaqəsi: araşdırmalar nəticəsində yaxın vaxtlarda həb qəbul edənlərdə döş xərçəngi riskinin az da olsa artdığı müəyyənləşdirildi. Bu risk artımının səbəbi tam olaraq bilinməməsi ilə yanaşı həb qəbul edənlərin daha sıx həkim müayinəsindən keçməməsidir. Bu risk həbdən 10 il sonra normallaşdırılır. Yenə də uşaqlıq xərçəngi ilə bağlı risk artımının səbəbinin dərmandan, yoxsa erkən cinsi əlaqə, birdən artıq partnyorun olması, HPV infeksiyasının olması tam aydınlaşdırılmamışdır.

Doğum Kontrol Hapı: Service
bottom of page