top of page

 DOĞUMUN NÖVÜ

Son 30 il ərzində bütün dünyada qeysəriyyə doğum nisbətlərində diqqətə çarpan bir artım olmuşdur. ABŞ statistikasına görə keysəriyyə nisbəti 1996-2015 illərdə  50 % artaraq 32 %-ə çatmışdır. Hal-hazırda ABŞ-da hər üç körpədən biri keysəriyyə ilə doğulur. Doğum növü nə olursa olsun, əsas hədəfimiz sağlam ana və sağlam körpə olmalıdır. Epidural anesteziya üsulu ilə ağrıya nəzarət müasir tibbin normal doğuma ən əhəmiyyətli töhvələrindən biridir. Ağrısız doğum kimi tanınan bu tətbiq normal doğum nisbətlərini artırmaqda əhəmiyyətli bir üsul ola bilər.

Hamiləlik müddəti ümumi olaraq problemsiz keçirsə, doğumun növünə son həftələrə qədər qərar verilə bilməz. Bu qərara təsir edən ən mühüm tibbi amillər aşağıdakılardır:

  • Körpənin mövqeyi

  • Körpənin təxmini çəkisi

  • Plasentanın yerləşmə yeri

  • Körpə ilə doğum kanalı arasında uyğunlaşma

Yuxarıdakı faktorlar nəzərə alınaraq doğum başlamadan doğum nüvünə qərar verilə bilər. Bunlardan başqa əsas qeysəriyyə göstəriciləri aşağıdakılardır:

  1. Anormal vaginal qanaxma

  2. Plasentanın doğumdan əvvəl uşaqlıq divarından ayrılmağa başlaması

  3. Körpəyə gedən qan axınlarında azalmaya səbəb olacaq səviyyədə inkişaf geriliyi

  4. Körpənin ürək atışında kritik dəyişikliklər (NST testi)

  5. Doğum prosesinin gözlənilən sürətdə irəliləməməsi

bottom of page