top of page

Sonsuzluq Müalicəsində Tərminologiya

  • Oosit: Yumurta hüceyrəsi

  • Embrion: Kişi və qadın yumurta hüceyrələrinin birləşməsi nəticəsində yaranan birhüceyrəli quruluşa Ziqot deyilir. Ziqotun, aramsız mitoz bölünmə keçirib hüceyrə sayının artmasına embrion deyilir. Döllənmənin ikinci günü ilə 11-ci hamiləlik həftəsinə qədər olan müddət Embrionik dövrdür.

  • Folekul: Yumurtalıqda, içində oosit inkişaf edən maye dolu kisə

  • Dominant folekul: Hər aybaşı dövrünün əvvəlində çox folekul inkişaf etməyə başlayır. Bir müddət sonra onlardan yalnız biri inkişaf etməyə davam edir. Potensial ovulyasiyanın olacağı bu folekula Dominant folekul deyilir.

  • Ovulyasiya: Folekulda yetişən və inkişaf edən oositin qarın boşluğuna buraxılması-düşməsi.

  • Ovulyasiya induksiyası: Ovulyasiyası olmayan qadınlarda dərman ovulyasiyasının təmin edilməsi.

  • Nəzarətli stimullaşdırma (COS): Aşılama və ya süni mayalanma müalicəsində birdən çox yumurta əldə etmək üçün istifadə edilən müalicə 

  • Yumurta toplanması: Müalicə ilə yumurtalığın içində müəyyən sayda və böyüklükdə folekul inkişaf etdikdən sonra ovulasiyanı təmin etmək üçün hCG inyeksiyası tətbiq olunur. 35-36 saat sonra əməliyyatxana şəraitində, əsasən, yerli anesteziya ilə, vaginadan bir iynə ilə girilərək yumurtalıq içindəki folekulların içi boşaldılır və embriologiya laboratoriyasına verilir. 

  • Embrion transferi: Embriologiya laboratoriyasında yaradılan embrionun ikinci, üçüncü və ya beşinci gündə uşaqlıq içinə transfer edilməsidir. Prosedur süni mayalanma əməliyyatxanasında qarından USM vasitəsilə həyata keçirilir. Bu səbəbdən sidik kisəsi dolu olmalıdır. Vaginal yolla yumşaq kateter uşaqlıq boynuna yerləşdirildikdən sonra kateterin yeri USM vasitəsi ilə müəyyən edilir, laboratoriyada incə bir kateterə yüklənən emrion(lar) yavaş-yavaş uşaqlıq içinə vurulur. Daha sonra kateter içərisindəki embrionun uşaqlığa salındığını təsdiq etmək üçün laboratoriyada yoxlanılır. Embrion transferi üçün nadir hallar istisna olmaqla anesteziyaya ehtiyac yoxdur.

İnfertilite Tedavisinde Terminoloji: Service
bottom of page