top of page

Ürək Bulanma-Qusma

  • Hamilələrdə  50 - 90 % nisbətində ürək bulanma və qusma müşahidə edilir. Adətən 9-10-cu həftələrdən başlayır və 11-13-cü həftələr arasında ən yüksək səviyyəyə çatır və 14-cü həftədən sonra yox olur.

  • Ən sıx görüldüyü və körpənin orqanlarının meydana gəldiyi (embriogenez) dövr nəzərə alınaraq, bulanma və qusma fetusun, xaricdən alına biləcək zərərli mikroorqanizmlərdən və toksinlərdən qorunması üçün bir təkamül prosesi hesab edilir.

  • Qravidarum hiperemeziyası (HG) ağır qusma və çəki itkisi (hamiləlikdən əvvəlki ağırlığın 5 %-dən çoxu) kimi müəyyən edilir. Bu hamilələrdə əhəmiyyətli dərəcədə maye itkisi, qandakı turşu-əsas tarazlığının pozulması və ciddi mineral və vitamin azlığı olmaqdadır. Hamilə qadınların təxminən 1 %-i bu səbəbdən xəstəxanaya yerləşdirilir və dəstəkləyici müalicə alırlar.

  • HG-də fizioloji alt quruluş tam olaraq bilinmir. Bioloji, psixoloji və sosial-mədəni amillər arasında kompleks bir qarşılıqlı əlaqəli olduğu düşünülür. 

  • Gənc hamilə qadınlarda daha çox görülür.
     

      Ümumi tədbirlər:

      - Normal yemək vaxtını gözləmədən, acdıqca yemək

      - Az və tez-tez qidalanmaq

      - Qatı qida yedikdən bir müddət sonra maye qəbul etmək

      - Mədəni narahat edə biləcək çox ədviyyatlı və acı qidalardan uzaq dayanmaq

Bu tədbirlər kömək etməzsə, əlavə dərman və vitamin istifadəsinə ehtiyac ola bilər. Araşdırmalara görə zəncəfil tabletlərinin müsbət təsiri vardır. Hamiləlikdən əvvəl multivitamin başlanmasının da bulanma və qusmanın azalmasına təsiri ola bilər.

bottom of page