top of page
Gebelik Takvimi: Service

HAMİLELİK TƏQVİMİ

  • Nizamlı aybaşı görən qadınlarda  ovulyasiya və döllənmə, son aybaşı tarixinin (SAT)  ilk günündən 14 gün (2 həftə) sonra baş verir. Hamiləlik müddəti hesablanarkən SAT-nin ilk günü  qeydə alınır və hamiləlik tarixi hesablanır. Buna görə, gözlədiyi tarixdə aybaşı görməyən (son aybaşı tarixindən 4 həftə və ya 28 gün sonra)  və hamilə olan qadın, 2 həftəlik hamilə olduğu halda 4 həftəlik hamilə qəbul olunur. Hamiləliyin ortalama  40 həftə (280 gün) olaraq gözlənən  müddəti SAT-a görə hesablanır. Lakin gerçək anlamda hamiləlik yaşı 38 həftədir (266 gün). Bundan sonrakı məlumatlandırma  və dəyərləndirmələr, SAT və 40 həftə əsas götürülərək ediləcəkdir.

  • SAT-ı eyni olan bütün qadınlar eyni gün və saatda hamilə qalmadıqları üçün, hamiləlik yaşında  bəzi fərqliliklər olması normaldır. Bəlli aralıqdakı fərqliliklər üçün hamiləlik yaşında bir düzəliş etməyə ehtiyac yoxdur. Lakin, xüsusilə 8-10-cu həftələr aralığında  edilən ultrasəs müayinəsində körpənin böyüklüyü gözlənəndən böyük və ya kiçik olarsa, gözlənən doğum tarixi və hamiləlik yaşında bir dəyişiklik edilməlidir. Beləliklə irəliləyən həftələrdə körpənin inkişafı daha sağlam bir şəkildə izlənə bilir.

  • Süni mayalanma müalicəsi ilə hamilə qalan qadınlarda hesablama, yumurta toplama ( eyni gün döllənmə olur ) gününə görə edilir və SAT yumurta toplama günündən 14 gün geriyə gedilərək hesablanır.

  • Zamanında doğum 37-42-ci həftə aralığındadır. Öncəsi erkən doğum, sonrası gün aşımı olaraq dəyərləndirilir.     

bottom of page