top of page

Ana Bətnində Körpə Ölümü

 Xüsusilə də doğuma yaxın dövrdə faciəvi bir itkidir. Hamiləlik müddətində risklər yaxşı təhlil edilərsə, buna uyğun hamiləlik təqib proqramı ilə qarşısı alına bilər. 

Risk faktorları

  • Anaya aid faktorlar:

  • Yüksək qan təzyiqi

  • Artıq çəki

  • Şəkərli diabet

  • Ana namizədin yaşı

  • Trombofiliya (laxtalanmağa meylin artdığı xəstəliklər)

  • Anaya aid sistemik xəstəliklər (xüsusilə Sistemik Lupus)

  • Siqaret çəkmək

  • Körpəyə aid faktorlar:

  • Körpədə anomaliya (xromosom və / və ya struktur)

  • Göbək ciyəsi problemləri
         - Göbək ciyəsinin sallanması
         - Göbək ciyəsinin düyünlənməsi
         - Göbək ciyəsinin içində laxtalanma olması

  • Plasentanın uşaqlıq divarından ayrılması və qanaxması

  • Plasentaya gedən qan axınında azalma

  • Ana bətnində inkişaf geriliyi

  • Bəzi infeksiyalar

Xüsusilə 7-ci aydan sonra müşahidə edilən itkilərin təxminən 30 %-də dərin araşdırmalar aparılmasına baxmayaraq bir nəticə  əldə edilməmişdir.

Tövsiyələr

  1. Varsa əvvəlki hamiləliklər haqqında məlumatlar qiymətləndirilməlidir

  2. Kilolu analar hamiləlikdən əvvəl kilo verməlidirlər

  3. Siqaret çəkməməlidirlər

  4. Risk faktorları, xüsusilə şəkər və yüksək təzyiq üçün tarama və uyğun müalicə başlanılmalıdır

  5. Körpədə ola biləcək quruluş (struktur) və xromosom anomaliyalarını bilmək və böyümə təqibi üçün təcrübəli bir mütəxəssis tərəfindən uyğun zamanlarda ultrasəs müayinəsi edilməlidir

  6. Körpənin hərəkətləri yaxşı təqib edilməlidir

  7. Ana namizədinin şikayətləri əhəmiyyətsiz də görünsə həkim tərəfindən nəzərə alınmalıdır və lazım olduqda körpənin vəziyyətini dəyərləndirmək üçün testlər edilməlidir
    Bu tövsiyələrə və yaxın təqiblərə baxmayaraq göbək ciyəsi problemlərinin və səbəbi açıqlanmayan itkilərin qarşısını almaq mümkün olmaya bilər.

bottom of page