top of page

Sonsuzluq müalicəsində əsas prinsip və metodlar

  • Ovulyasiya induksiyası: Qadında ən çox görülən problem ovulyasiyanın olmaması və ya seyrək olmasıdır. Polikistik Yumurtalıq Sindromu ən çox rast gəlinən səbəbdir. Klomifen sitrat və ya Letrozol ilə bu xəstələrin böyük bir qismində ovulyasiya və hamiləlik əldə edilə bilər. Bu dərmanlarla ovulyasiya əldə edilə bilmirsə və ya xəstənin FSH, LH hormonları yetərli deyilsə, qonadotropin müalicəsi edilə bilər. Bu müalicələr zamanı xəstə USM ilə təqib edilir. Dominant folekul 18-20 mm diametrinə çatdıqdan sonrakı günlərdə cinsi əlaqə ilə hamiləlik gözlənilir. Alternativ olaraq, 18-20 mm ölçüsü görüldüyündə ovulyasiyanı təmin etmək üçün hCG inyeksiyası edilir və cinsi əlaqənin bu inyeksiyadan 36 saat sonra olması tövsiyə edilir. Ovulyasiyanın olub-olmadığı 1 həftə sonra qanda Progesteron hormon səviyyəsi ilə təqib edilir.

  • Aşılama (Intrauterin Insemination - IUI): Səbəbi açıqlana bilməyən cütlüklərə edilir. Yumurtalıqlar hazırlanır. Bunun üçün Klomifen və ya Letrozol istifadə edilir. Məqsəd 2-3 folekul inkişafını təmin etməkdir. Bu dərmanlar kifayət  etməzsə müalicəyə qonadotropin əlavə oluna bilər. Folekul(lar) 18-20 mm diametrinə gəldiyində hCG ilə ovulyasiya başlayır və 36 saat sonra əməliyyat planlaşdırılır. Kişidən sperm analizində olduğu kimi bir nümunə verməsi istənilir. Alınan nümunədən daha hərəkətli sperma hüceyrələri ayrılır. Məqsəd 5-10 milyon arası hərəkətli sperma hazırlamaqdır. Daha sonra incə bir kateterin köməyi ilə yavaş bir şəkildə uşaqlığın içinə buraxılır. Sonsuz cütlüyün bütün xüsusiyyətləri nəzərə alınaraq, aşılama edilib edilməyəcəyinə və neçə dəfə ediləcəyinə qərar verilməlidir. Səbəbi bilinməyən sonsuzluqda hamiləlik nisbəti  10-15 % civarındadır.

İnfertilite Tedavisinde Temel Prensipler ve Yöntemler: Service
bottom of page