top of page

Sonsuzluq Müayinəsi


Əhatəli hekayə:

  • Yaş, boy, çəki, xronik xəstəliklərin tarixi, iş, sonsuzluq müddəti, cinsi əlaqə tezliyi, keçirilən infeksiya və əməliyyatlar, varsa əvvəlki hamiləliklərə aid məlumat və tibbi qeydlər, aybaşı nizamı, qanaxmanın miqdarı, xroniki pelvik ağrı, son zamanlarda sürətli kilo alma və ya vermə, tüklənmə.


Müayinə və Testlər:

  • Vaginal spekulum müayinəsi – uşaqlıq boynunun müayinəsi, infeksiya baxılması, pap smear edilməsi

  • Vaginal ultrasəs müayinəsi ilə uşaqlıq boynu və yumurtalıqların yoxlanılması

  • Uşaqlıq boynunun anadangəlmə və ya sonradan qazanılmış anomaliyalarını standart 2D ultrasəs müayinəsi ilə təyin edə bilmək mümkündür. 3D vaginal ultrasəs müayinəsi ilə diaqnozun dəqiqliyi daha da artır. Əlavə olaraq uşaqlıq boynu və boru müayinəsi (HSQ) də edilə bilər. Bəzi hallarda ultrasəs müayinəsi və HSQ ilə diaqnoz qoyula bilmədikdə diaqnostik histeroskopiyaya ehtiyac ola bilər.

  • Mioma və polip kimi uşaqlıq boynunun (endometrium) daxili membranına təsir edən və deformasiyasına səbəb olan edən kütlələrin olması. Uşaqlıq boynunun patologiyalarının diaqnozunda standart ultrasonoqrafiya ilə aydın görüntü əldə edilə bilmədikdə, Sonohisteroqrafiya (SHQ) daha dəqiq nəticələr verə bilər.

  • Aybaşı dövründən sonra edilən vaginal ultrasonoqrafiyada yumurta ehtiyatının qiymətləndirilməsi müalicə planında çox vacibdir. Yumurtalıqda potensial yumurta hüceyrələrini içində saxlayan strukturlara Antral Folekul deyilir. Hər menstrual dövrdə onlardan biri inkişaf edir və böyüyür. Məhsuldarlıq dövründəki qadınlarda Antral Folekul sayı (AFC) hər bir yumurtalıqda 5-10 arasında olmalıdır.

  • Menstruasiyanın 2-3-cü günündə ac qarına edilən hormonal testlər: Ən çox edilənlər - FSH, LH, prolaktin, TSH, estradiol və AMH. Xüsusilə AMH az və ya çox yumurtalıq ehtiyatı olan xəstələrdə süni mayalandırma müalicəsi zamanı dərmanların tənzimlənməsində vacibdir.

  • HSQ ( histerosalpinqoqrafiya ): Bu menstruasiya başa çatdıqdan sonra ovulyasiya dövründən əvvəl aparılan radyoloji müdaxilədir. İnfeksiya və aktiv qanaxma olduqda edilmir. Uyğun hazırlıqdan sonra xüsusi bir cannula və ya kateter köməyi ilə uşaqlıq boynundan uşaqlıq içinə kontrast maddə verilməsi və anlıq görüntünün qeydiyyata alınması və qiymətləndirməsi üsuludur. Uşaqlıq boynunun daxili forması, boruların daxili eni, dərinliyi, uzunluğu və kontrast maddənin boruların qarın boşluğuna keçməsi qiymətləndirilir.

    Sperma analizi

  • 3-5 günlük cinsi pəhrizdən sonra, süni mayalandırma mərkəzində aparılmalıdır.

  • Normadan daha aşağı dəyərlər mənfi olaraq şərh edilməməlidir. Övlad sahibi olan kişilərin dəyərlərində əhəmiyyətli azalmalar ola biləcəyini nəzərə almalıyıq.
    Dəyərlər:
    Həcm: 1,5 ml
    Say: 15 milyon / ml
    Hərəkətlilik: 32 %
    Morfologiya: 4 %

  • Sperma analizində anormal dəyərlərin terminologiyası
    Oliqospermiya: 15 milyondan az / ml
    Azospermiya: sperma olmaması
    Astenospermiya: Hərəkətli sperma sayının gözləniləndən az olması
    Teratospermiya: Morfoloji olaraq anormal sperma sayının çox olması
     

  • Histeroskopiya: Ultrasəs müayinəsi və ya HSQ-də uşaqlıq boynunun içərisində kütlə və ya deformasiya olan xəstələrdə diaqnoz və müalicə üçün çox vacib bir üsuldur.
     

  • Laparoskopiya: Xəstənin müayinə və kliniki nəticələrə görə həyata keçirilə bilər. Ultrasəs müayinəsində yumurtalıqlarda kistik ya da solid kütlə varsa, HSQ-də borularda genişləmə, tıxanıqlıq və ya darlıq əlamətləri varsa, endometrioz düşündürən aybaşı  və ya pelvik ağrı varsa müalicənin əvvəlində laparoskopiya etmək uyğun olar.

İnfertil Çift Nasıl Tetkik Edilir?: Service
bottom of page