ENDOMETRİOZ
-
Uşaqlıq daxilində endometriya təbəqəsinin uşaqlıq kənarında yerləşməsidir. Qadınların təxminən 10 % də , sonsuz qadınların 20-50 % də görülür.
-
Ən çox rast gəlinən yumutalıqlar, borular və uşaqlıq arxasını əhatə edən qarın boşluği ilə birlikdə bağırsaqlar, eyni zamanda digər qarın içi orqanları və hətta digər orqanlarda da mövcudluğu bildirilir.
-
Bu xoşxassəli xəstəlik olmasına baxmayaraq, xroniki və ciddi problemlərə səbəb ola bilər.
-
Ağrılı menstruasiya, sonsuzluq, qarın nahiyyəsində ağrılar, cinsi əlaqə vaxtı olan ağrılar ən çox rast gəlinən əlamətləridir.
-
Uşaqlıq daxilinə bənzər bu toxumalarda hormonal təsirlərlə menstrual qanamalara bənzər fəaliyyətlər baş verir.
-
Xəstənin şikayətlərinin əksəriyyəti bu qanaxmaların təsirinə və ya ətrafdakı toxumaların zərərinə bağlıdır.
-
Tünd qəhvəyi tərkibli yumurtalıq kistləri uzun müddət yumurtalıqda bu qanaxmaların yığılması ilə meydana gəlir.
-
Buna endometriya və ya şokalad kisti deyilir. Onun ultrasonoqrafik görünüşü olduqca tipikdir.
-
Uşaqlıq divarında endometrioz ( miometrium) adenomiyoz adlanır. Adətən 40-50 yaşlı qadınlarda ağrı əlamətləri və qanaxma pozuntuları ilə ortaya çıxan adenomioz adlanır. Bu dunyada, mioma ilə birlikdə uşaqlığın götürülməsinin ( histerektomiya) ən vacib səbəblərdən biridir.
-
Endometriozun müalicəsi xəstənin şikayətləri, istəkləri, xəstəlik mərhələsi və klinik tapıntılara görə geniş spektrdə qiymətləndirilir və tətbiq olunur. Xəstəlik estrogen hormonundan asılı olduğundan, dəqiq metod hər iki yumurtalıqların götürülməsidir. Ancaq bu praktikada reproduktiv yaşda olan xəstələrin demək olar ki, heç birində mümkün deyil. Kliniki təsəvvürləri olmayan xəstələrdə, təqib sadəcə ağrı üçün tibbi müalicə ilə yumurtalıqların bəslənməsi və və ya cərrahi müdaxilə, sonsuzluq üçün isə cərrahi və və ya reproduktiv üsullarla tətbiq oluna bilər.